4 C
Baku
Sunday, December 4, 2022

“TANAP-ın genişləndirilməsi Avropa üçün çox önəmli olacaq”

Trans-Anadolu qaz boru kəmərinin (TANAP) genişləndirilməsi Avropa üçün çox önəmli olacaq.

Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “A-Haber” kanalına müsahibəsində bildirib.

“Avropa Rusiya qazından başqa bir şey axtarırsa, TANAP onun istiqamət aldığı yerlərdən biridir. TANAP-ın gücü artırılarsa, bu, Avropa üçün çox önəmli olacaq”, – İbrahim Kalın qeyd edib.

Digər variant kimi Türkiyə Prezidentinin sözçüsü Aralıq dənizində təbii qaz kəməri məsələsini də qeyd edib: “Bu da Türkiyə üzərindən ola bilər. Yoxsa qazı LNG ilə əldə edəcəksiniz. Bununla ehtiyacı ödəmək kifayət deyil”.

Xatırladaq ki, TANAP-ın ötürmə qabiliyyəti 16 mlrd. kubmetrdir (6 mlrd. kubmetri Türkiyə, 10 mlrd. kubmetri isə Avropa üçün nəzərdə tutulub – red.). Kəmərin ötürmə gücü gələcəkdə 31 mlrd. kubmetrədək artırıla bilər.

Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsilə Azərbaycan qazının bir hissəsi Türkiyəyə, digər hissəsi isə Avropaya nəql edilmək üçün (Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə) Türkiyə ilə Yunanıstanın sərhədinədək çatdırılır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X