9 C
Baku
Thursday, December 12, 2024

“TANAP layihəsinin istifadəyə verilməsini qeyd etməliyik” – Dövlət başçısı

“1996-cı ildən başlayaraq “Şahdəniz” layihəsi uğurla icra edilir. Hazırda digər layihələr üzərində də işləyirik”.

Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Qaradağ rayonunda, SOCAR-ın “Caspian Drilling” şirkətinin dəniz təchizat və logistika bazasında Heydər Əliyev adına yarımdalma qazma qurğusunun açılış mərasimində deyib. O bildirib ki, Heydər Əliyev adına yarımdalma qazma qurğusu çox perspektivli olan “Abşeron” qaz-kondensat yatağında işləyəcək: “Əminəm ki, tezliklə, bir neçə ilə biz “Abşeron” yatağından da yaxşı nəticələr görəcəyik. Digər perspektivli layihələrimiz də gündəlikdədir. Artıq “Ümid” yatağında işlər gedir. “Babək”, “Qarabağ” layihəsinə yenə xarici şirkətlər maraq göstərir. Vaxtilə müqavilə imzalanmışdı, sonra ona xitam verildi. Ancaq biz indi bilirik, xarici tərəfdaşlar da görürlər ki, “Qarabağ” yatağında da böyük ehtiyatlar var. Yəni biz bütün bu işləri ardıcıllıqda edirik ki, ölkəmiz daha da güclənsin, ölkəmizə daha çox gəlir gəlsin”.

Prezident icrasına başlanan neft layihələrinin hazırda uğurla icra edildiyini söyləyib: “Bakı-Tbilisi-Ceyhan neft kəməri 11 ildir ki, fəaliyyət göstərir. Cənub Qaz Dəhlizi layihəsi uğurla icra edilir. Əminəm ki, vaxtlı-vaxtında bu layihənin də uğurla icrasına nail olacağıq. Gələn il Cənub Qaz Dəhlizi layihəsi layihəsinin əsas hissəsi olan TANAP layihəsinin istifadəyə verilməsini qeyd etməliyik. Əminəm ki, biz buna nail olacağıq”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər