22 C
Baku
Wednesday, May 29, 2024

TANAP vasitəsilə Türkiyə üzərindən Avropaya tədarük edilən qazın həcmi 22 mlrd. kubmetrə çatıb

Türkiyənin borularla nəqletmə operatoru olan BOTAŞ və SOCAR-ın iş birliyi, təkcə iki şirkət tərəfindən yaradılan müəssisənin işi ilə məhdudlaşmır, daha geniş sahəni əhatə edir.

Bunu “SOCAR Türkiyə”nin Baş İcraçı Direktoru Elçin İbadov bildirib.

“Bu əməkdaşlıq təkcə təbii qazın tranziti ilə bağlı deyil, biz birlikdə təbii qaz infrastrukturu sərmayələri baxımından nələr edilə biləcəyini daim düşünürük. Hazırda SOCAR və BOTAŞ-ın rəhbərliyi, Türkiyə Respublikasının dövlət rəhbərləri və Azərbaycanın dövlət xadimləri arasında görüləcək işlərin həcmi ilə bağlı müzakirələr davam edir”, – Baş İcraçı Direktor qeyd edib.

Onun sözlərinə görə, 2023-cü il üçün Trans-Anadolu kəməri (TANAP) vasitəsilə Türkiyəyə daxil olan qazın həcmi təxminən 21 mlrd. kubmetrə çatıb.

TANAP-ın Türkiyənin enerji dəhlizinə çevrilmə hədəflərinə ən çox töhfə verən layihələrdən biri olduğunu deyən İbadov gələcəkdə TANAP-ın genişləndirilməsi və Türkiyə üzərindən daha çox təbii qazın Avropaya nəqli istiqamətində işlərin davam etdiyini diqqətə çatdırıb.

Elçin İbadov onu da əlavə edib ki, 2023-cü il üçün Türkiyə üzərindən Avropaya tədarük edilən qazın həcmi 22 mlrd. kubmetrə çatıb.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər