17 C
Baku
Friday, April 19, 2024

Tanınmış əcnəbi şirkət Azərbaycan bazarından çıxıb

Baş ofisi İsveçrədə olan “3M (East) A.G.” Şirkəti Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyətini dayandıracaq.

Banker.az bu barədə Nümayəndəliyin elanına istinad edir.

Ləğv olunan nümayəndəlik bildirib ki, kreditorlar iki ay ərzində tələblərini “Altay Mustafayev Hüquq və Vergi” MMC şirkəti, Hyatt Tower 2, 6-cı mərtəbə, İzmir küçəsi 8 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, şirkərin baş ofisi İsveçrənin Rotkreuz şəhərində yerləşir və 1969-cu ildən fəaliyyət göstərir. Lakin, bu şirkətin təsisçiləri ABŞ vətəndaşlarıdır.

Şirkət əsasən Sənaye, biznes sahələri və müxtəlif sahələr üzrə ofis məmulatları, dizayn və s kimi böyük çeşidli məhsullar təklif etməklə dünyanın 70 ölkəsində fəaliyyət göstərir.

 

Son xəbərlər
Digər xəbərlər