15 C
Baku
Sunday, November 24, 2024

Tanınmış hedc fond meneceri Çini “100 illik fırtına”ya aparan 5 əsas problemi açıqlayıb

Rey Dalio Çini “100 illik fırtına”ya aparan 5 əsas problemi açıqlayıb.

Öncə Rey Dalio kimdir onu açıqlayaq. R.Dalio 1985-ci ildən dünyanın ən böyük hedc fondu “Bridgewater Associates”in baş investisiya direktoru vəzifəsində çalışmış amerikalı investor və hedc fond meneceridir. O, 1975-ci ildə Nyu-Yorkda “Bridgewater” şirkətini təsis edib.

Banker.az xəbər verir ki, Rey Dalio yazısında bunları bildirir:

  • ABŞ-la geosiyasi qarşıdurma ölkənin iqtisadi və siyasi vəziyyətinə ciddi təsir edir.
  • Zənginlər və kasıblar arasında artan uçurum, eləcə də dəyərlər fərqi sosial gərginliyə səbəb olur və ölkə daxilində sabitliyi təhlükə altına alır.
  • Çin və ABŞ arasında qabaqcıl texnologiyaların inkişafı və nəzarəti uğrunda rəqabət iqtisadiyyata təzyiq göstərir.
  • İqlim və ekoloji problemlər iqtisadi inkişafı və ictimai rifahı təhdid edir.
  • Qlobal iqtisadiyyatda geosiyasi münaqişələr, ticarət müharibələri və digər amillərlə bağlı qeyri-müəyyənlik Çinin iqtisadi inkişafı üçün əlavə risklər və problemlər yaradır.

 

Son xəbərlər
Digər xəbərlər