5 C
Baku
Bazar, Noyabr 28, 2021

Tanınmış iqtisadçı və bankir Dövlət Agentliyinə təyinat alıb

Azərbaycanda tanınmış iqtisadçı-ekspert, sabiq bank əməkdaşı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında qurumda vəzifəyə təyinat alıb.

Banker.az xəbər verir ki, Elman Sadıqov Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri təyin edilib.

Bu departament özünün strukturunda 3 şöbə – Statistika şöbəsi, Əmək bazarının təhlili şöbəsi və Strateji inkişaf şöbəsi vardır.

Qeyd edək ki, Dövlət Agentliyinin strukturunda 13 departament fəaliyyət göstərir.

Elman Sadıqov – Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakultəsini (ərəb dili) və Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə fakultəsini bitirmişdir. 1997-2011-cu illərdə Azərbaycan Sənaye Bankı ASC-də valyuta əməliyyatları, kredit/investisiya, plastik kartlar departamentlərinin direktoru, fillial müdiri, idarə heyətinin üzvü kimi vəzifələrdə çalışmışdır. 2011-2021-ci illərdə AtaBank ASC-nin Risk Menecmenti Departamentinin direktoru olmuşdur. Monetar, fiscal və proteksionist siyasət, qlobal iqtisadiyyat, plastik kartlar, alternativ bankçılıq, qeyri-nağd əməliyyatların stimullaşdırılması, bankçılığın müxtəlif aktual istiqamətləri, makroiqtisadiyyat, risklər və risklərin idarə edilməsi sahələrində müxtəlif məqalələrin müəllifidir. 2002-ci ildə ilin treyderi, 2013-cü ilin risk meneceri, 2015-ci ildə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) ekspertlər qrupunun sədri seçilmişdir. 2018-2020-ci illərdə hər il Azərbaycan Banklar Assosiasiyası tərəfindən “Bank-maliyyə sahəsində araşdırmalar və yazılarla çıxış edən bank nümayəndəsi” nominasiyası, 2019-cu ildə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası tərəfindən “Risk peşəkarları şəbəkəsinin formalaşmasında aparıcı roluna görə” nominasiyası üzrə qalib olmuşdur. Hazırda Dövlət Məşğulluq Agentliyində əmək bazarının təhlili və inkişafı departamentinin müdiri vəzifəsində çalışır.

Azərbaycan, rus, ingilis, türk və ərəb dillərini bilir.

Son xəbərlər
Oxşar xəbərlər
X