Gürcüstanın paytaxtı Tbilisinin Baqebi rayonunda qətl törədilib.
Tanınmış iş adamı, “Silk Road Group” şirkətinin həmtəsisçisi, MULTIPLEX şirkətinin yaradıcısı Levan Kaçarava küçədə güllələnərək öldürülüb. Hadisə dünən axşam saatlarında baş verib.
İlkin məlumata görə, 53 yaşlı biznesmenin olduğu avtomobilə 20-yə yaxın güllə atılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir. Qatilin kimliyi hələlik müəyyən edilməyib.
Levan Kaçarava energetika və logistika fəaliyyəti ilə məşğul olub. Onun bir çox ölkədə şirkətləri var.