21 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Tanınmış Prosessinq Mərkəzi – “ATASIĞORTA”NI SEÇDİ

Screen Shot 2021 09 02 at 14.34.20

®Azərbaycan sığorta bazarında aktivliyi ilə seçilən “AtaSığorta” ASC-yə etibar edən dövlət qurumu və özəl şirkətlərin sayı durmadan artır. Belə ki, ölkənin tanınmış kart prosessinq mərkəzlərindən olan “MilliKart” MMC müvafiq risklərin sığortasını “AtaSığorta” şirkətinə etibar edib.    

Şirkətin Biznesin İnkişafı departamentindən verilən məlumata görə, “MilliKart” MMC-nin Daşınmaz Əmlakın İcbari Sığortası, Daşınmaz Əmlakın İstismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, server və şəbəkə avadanlıqlarının və bununla əlaqədər risklərin sığortalanması üzrə elan etdiyi tenderdə iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirib.

Nəticədə, “AtaSığorta” ASC tenderin qalib şirkəti elan edilib və müvafiq satınalma müqaviləsi imzalanıb. 

Azərbaycanda geniş filial şəbəkəsinə (14 filial, 12 nümayəndəlik və 30-dan artıq satış ofisi) malik olan “AtaSığorta” şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Şirkət müştərilərə 26 könüllü və 4 icbari növ üzrə sığorta xidmətləri təklif edir.  

Müştəri məmnuniyyətinin artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə Şirkətin Çağrı Mərkəzi 24/7 rejimdə fəaliyyət göstərir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər