20 C
Baku
Cümə, Oktyabr 22, 2021

Tanınmış top-menecer NEQSOL Holding-in telekommunikasiya sahəsinə rəhbərlik edəcək

faizlere

NEQSOL Holding cənab Vasil Latsaniçin holdinqdə Telekom Rəhbəri vəzifəsinə təyinatını elan edir. Vəzifə holdinq və onun tərkibində olan telekommunikasiya şirkətləri arasında koordinasiyanı daha da yaxşılaşdırmaq və holdinqin beynəlxalq telekommunikasiya arenasında inkişafını dəstəkləmək üçün yaradılıb.

Cənab Vasil Latsaniç telekommunikasiya sahəsində, o cümlədən Niderland, Ukrayna, İtaliya, Rusiya, Belarus, Özbəkistan, Türkmənistan və Hindistanda, 20 ildən çox beynəlxalq təcrübəyə malikdir. O, mobil və sabit telekommunikasiya, İT, bankçılıq və onlayn ticarət sahələrində zəngin təcrübəyə sahibdir.

NEQSOL Holding-ə qoşulmazdan öncə, cənab Latsaniç Rusiya telekommunikasiya operatoru Beeline şirkətinin Baş Direktoru, Niderlandın VEON telekommunikasiya şirkətinin Vitse-Prezidenti, MTS şirkətində müxtəlif rəhbər vəzifələrdə çalışmış, həmçinin MTS Group-da Strategiya, Marketinq və Rəqəmsal İnkişaf üzrə Vitse-Prezident vəzifəsində işləyib. Cənab Latsaniç London Biznes Məktəbində Executive MBA dərəcəsinə yiyələnib.

Yeni vəzifəsində cənab Vasil Latsaniç NEQSOL Holding-in telekommunikasiya aktivlərinin strateji idarəetməsi və fəaliyyət bazarlarının genişlənməsi üzrə məsul şəxs olacaq.

Hazırda NEQSOL Holding Azərbaycan, Ukrayna və Gürcüstanda telekom aktivlərinə malikdir.

NEQSOL Holding-in fəal inkişafı ilə bağlı Telekom Rəhbəri vəzifəsini yaratdıq və telekommunikasiya istiqamətini qlobal səviyyədə idarə etmək üçün Vasil Latsaniçi dəvət etdik. Əminik ki, o, holdinqin telekommunikasiya aktivlərinin komandalarını gücləndirəcək, müxtəlif ölkələrdə həmin aktivlərin təcrübə və ekspertizasını birləşdirəcək. Bazarı dərindən anlaması və telekommunikasiya şirkətlərində rəhbər vəzifələrdə böyük təcrübəsi cənab Latsaniçə bütün fəaliyyət bazarlarımızda daha da inkişaf etmək üçün perspektivli telekommunikasiya strategiyasını hazırlamağa və tətbiq etməyə imkan verəcək,” deyə NEQSOL Holding-in Baş İcraçı Direktoru Yusif Cabbarov bildirib. 

NEQSOL Holding-ə biznesin fəal inkişafı dövründə qoşulmaqdan məmnunam. Əsas prioritetlərim holdinqin telekommunikasiya aktivlərinin inteqrasiyası, fəaliyyət bazarlarında səmərəli şəkildə konvergent xidmətlərin inkişafı və yeni bazarlarda inkişaf yollarını müəyyən etmək olacaq. Telekom sahəsində biznes üçün yeni imkanları kəşf etmək məqsədilə komanda ilə işləməyi səbirsizliklə gözləyirəm,” cənab Vasil Latsaniç qeyd edib.

NEQSOL Holding-in fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

 

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər