25 C
Baku
Monday, April 29, 2024

Tanışlarınızın çox olması uğurlarınıza zəmanət verir

Günümüzdə insanların böyük bir hissəsi insanlarla ünsiyyət qurmaq və bir çox yeni əlaqələr yaratmağı tələb edən sahələrdə işləyirlər. Nəticədə, yeni, tanış olmayan insanlarla ünsiyyətə girmək bacarığına malik olmaq mütləqdir. Hər yeni tanışlıq üzümüzə yeni qapılar açır. Bu qapıların sizin xeyrinizə yaxud zərərinizə olması artıq sizin karizmanızdan, inandırıcılıq qabiliyyətinizdən və ünsiyyətcilliyinizdən asılıdır.

İşgüzar insanlara öz tanışlıq əhatəsini genişləndirmək, yaranan problemləri həll etməkdə digərlərinə köməklik göstərmək və özünü bir şəxsiyyət kimi təqdim etməyi öyrənmək üçün müəyyən sosial şəbəkə yaratmaq lazımdır. Özünüzü hər şeyin doğrusunu bilən bir insan kimi təqdim etməyə çalışın. Özünüz barədə məlumat verərkən tanışlarınız barəsində də danışmağı unutmayın. Lakin heç bir halda tanışlarınızla və ya hər hansı xüsusi bir şəxsi tanışınızla bağlı öyünməyin. Özünüzlə bağlı elə keyfiyyətinizi seçib söyləyin ki, bu digər insanlar üzərində sizin üstünlüyünüzü açıq-aydın göstərsin. Ziq Zaqlerin bildirdiyinə görə, əgər biz insanlara onların istədikləri şeyləri əldə etməkdə köməklik etsək, onda onlardan istədiyimizi ala bilərik.

Özünüzü ətrafdakılar üçün nə qədər faydalı etsəniz, bir o qədər yeni tanışlar əldə etmək imkanınız olacaq. Bir insan çox pul qazanmaq istəyirsə, o zaman o, ona pulu ödənilən zamandan da artıq işləməlidir. Daha çox maaş və mükafat arzusundasınızsa o zaman daha çox maaş üçün işləyin. Öz işinizin mütəxəssisi olun. Şaquli karyera yalnızca bonusların və balların yığılmasıdır və bunu da öz növbəsində sıfırlamaq çox asandır. Üfuqi karyeraya isə sizin şəxsi təcrübələriniz daxildir ki, bunu siz nə itirə bilməzsiniz, nə də heç kim sizdən onu ala bilməz. Karyera yüksəlişinin ən əsas qaydası ondan ibarətdir ki, iş tapdığınızda maaşı həmin işin maaşından 40-60 faiz daha yüksək olan başqa bir iş axtarın. Bu axtarış zamanı yalnızca hal hazırda işlədiyiniz şirkətlə kifayətlənməyin.

Ətrafınızdakı insanlarla nə dərəcədə ünsiyyətcil olduğunuzu yoxlamaq üçün çox asan bir test mövcuddur. Əgər 30 dəqiqə müddətində siz işinizə yarayacaq insanı tapmadınızsa demək sizin insanlarla ünsiyyətinizdə bir boşluq vardır. Daha doğrusu kifayət qədər tanışınız yoxdur. Maliyyə sahəsində sizin uğurlarınızın bir çoxu yaratdığınız qarşılıqlı münasibətlərdən də asılıdır. Əgər sizin şəxsi biznesiniz varsa onda sizin müxtəlif fəaliyyət sahələrindən olan tanışlarınızın olması mütləqdir. Sizin biznesinizdə müxtəlif problemlər yarana bilər və tanışınız nə qədər çoxdursa, onda bir o qədər tez probleminizi həll edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər