Bəzi tanker sahibləri Rusiyanın ESPO markalı neftini tətbiq olunan qiymət tavanından sonra Uzaq Şərq limanlarından nəql etməkdən imtina etməyə başlayıblar.
Bu barədə “Bloomberg” nəşri məlumat dərc edib.
Məhdudiyyətlər dekabrın 5-dən qüvvəyə minib və Kozmino limanında ilk 10 gündə tankerlərə bir ay əvvəlki analoji dövrlə müqayisədə iki dəfə az neft yüklənib: 8,8 milyon barelə qarşı 4,4 milyon barel. Eyni zamanda, Rusiyanın əsas ixrac markası olan Urals nefti ilə bağlı belə problemlər yoxdur ki, bu da onun bir barelinin 60 dollardan aşağı qiymətə satılması ilə bağlı ola bilər.
Məlumata görə, ən azı iki iri gəmi sahibi – Çinin China Cosco Shipping Corp və Yunanıstanın Avin International şirkətləri artıq dekabrın 5-dən sonra Rusiya neftini ESPO-ya göndərməkdən imtina ediblər.