13 C
Baku
Saturday, November 23, 2024

TAP 2026-cı ilə qədər qaz nəqlini ildə 1.2 milyard kubmetr artıra biləcək

Trans-Adriatik Boru Kəmərinin (TAP) genişləndirilməsinin birinci mərhələsinin həyata keçirilməsi 132 milyon avro dəyərində qiymətləndirilir.

Bunu  TAP AG-nin icraçı direktoru Luka Skiepatti (Luca Schieppati) bildirib.

“2021-ci ilin bazar sınağı başa çatıb və nəticədə 1 yanvar 2026-cı il tarixinədək boru kəmərinin gücünə əlavə 1,2 milyard kubmetr əlavə edəcək öhdəliklər qəbul edilib”, – o vurğulayıb.

L.Skiepatti qeyd edib ki, TAP istifadəçilərdən alınan öhdəliklərlə əlaqədar əlavə imkanlar təklif etmək üçün zəruri işləri davam etdirir.

TAP AG-nin icraçı direktoru, həmçinin vurğulayıb ki, genişləndirmə çərçivəsində Yunanıstan-Türkiyə sərhədində yerləşən Kipoi (Aleksandroupolis ərazisi) mövcud kompressor stansiyasında daha bir kompressor qurğusu quraşdırılacaq və avadanlıq modernləşdiriləcək.

O bildirib ki, TAP Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi (Aleksandrupolis ərazisi) mövcud kompressor stansiyasına əlavə bir kompressor qurğusu əlavə edəcək və avadanlığı yeniləyəcək: “Bu işlərin tamamlanması 2026-cı ilin əvvəlində əlavə uzunmüddətli güclərin əlçatan olmasını təmin etmək məqsədimizə çatmaqda əhəmiyyətli bir irəliləyiş olacaq. Bu, genişləndirmə layihəsinin ilk mərhələsidir və TAP-ın öz vəsaiti hesabına maliyyələşdirilir. Layihənin büdcəsi təxminən 132 milyon avrodur”.

Xatırladaq ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 20 milyard kubmetrə çatmalıdır. TAP Cənub Qaz Dəhlizinin (SGC) bir hissəsidir.

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər