7 C
Baku
Monday, February 6, 2023

TAP bazara təklif olunan ötürmə gücünü maksimuma çatdırıb

Azərbaycan qazını Avropaya nəql edən Trans-Adriatik boru kəməri (TAP) bir gün əvvəl bazara təklif olunan ötürmə gücünü maksimuma çatdırıb.

Bu barədə TAP-ın Yunanıstandakı ölkə nümayəndəsi İoannis Maris bildirib.

“TAP bir gün əvvəl bazara təklif olunan ötürmə gücünü maksimuma çatdırıb və hazırda uzunmüddətli imkanlarını genişləndirmək üçün bazar sınaqları keçirir”, – İoannis Maris qeyd edib.

Qeyd etmək lazımdır ki, bu yaxınlarda TAP konsorsiumu kommersiya əməliyyatlarının başlanmasından kəmər vasitəsi ilə 18 mlr. kubmetrdən çox təbii qazın nəql olunduğu barəsində məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan qazı Avropaya TAP vasitəsi ilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə ötən il dekabrın 31-də başlanılıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər
X