10 C
Baku
Saturday, November 23, 2024

TAP ilə Avropaya nəql edilən qazın həcmi açıqlanıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə artıq Avropaya təxminən 21.5 milyard kubmetr qaz nəql edilib.

Bunu TAP-ın icraçı direktoru Luka Şippati (Luca Schieppati) “TopUtility2023” konfransında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bunun da 18 milyard kubmetrdən çoxu İtaliyaya ötürülüb: “TAP İtaliyaya qaz tədarükünün etibarlılığının gücləndirilməsinə və bazarın likvidliyinin artırılmasına kömək edir”.

TAP-ın icraçı direktoru bildirib ki, bu kəmər mayeləşdirilmiş təbii qaz (LNG) və digər birləşdirici boru kəmərləri ilə birgə bu gün nəhayət böhranlı durumu aradan qaldırmağa səbəb olub: “Bununla yanaşı, biz qarşıdan gələn qışı diqqətdə saxlamalıyıq”.

L.Şippati xatırladıb ki, TAP tərəfindən imzalanmış uzunmüddətli müqavilələr üzrə nəqliyyat öhdəliklərinin tam yerinə yetirilməsi və qısamüddətli nəqliyyat imkanlarının maksimum artırılması sayəsində bu kəmər təkcə 2022-ci ildə İtaliyanın istehlakının 15 %-dən çoxunu ödəyib: “İtaliyanın qaz təchizatının şaxələndirilməsi strategiyasına TAP-ın ikiqat artırılması ilə Cənub Qaz Dəhlizindən nəqlin artırılmasına tam siyasi dəstək daxildir”.

O vurğulayıb ki, bu çətin ssenaridə Avropa İttifaqı Komissiyasının və milli hökumətlərin dəstəyi TAP-ın davamlı genişlənməsini təmin etmək üçün lazım olan tənzimləyici baza və maliyyə dəstəyinin işlənib hazırlanmasında strateji əhəmiyyət kəsb edir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər