6 C
Baku
Sunday, December 15, 2024

TAP konsorsiumu tender çərçivəsində satın alınacaq qazın həcmini açıqlayıb

Trans-Adriatik boru kəməri (TAP) yaxın zamanlarda TAP obyektlərinin istismarı üçün zəruri qaz tədarükü ilə bağlı tender elan edəcək.

Konsorsiumdan qeyd olunur ki, TAP AG 2022-ci il noyabrın 11-də müqavilə imzalayacaq. Tədarük müddəti 2023-cü il yanvarın 1-dən sentyabrın 30-dək əhatə edəcək.TAP-ın qərarına əsasən bu müddət daha bir qaz ili (30 sentyabr 2024 – 30 sentyabr 2025) uzadıla bilər.

Melendunyo və ya Nea Mesimvriyada birləşmə nöqtələri vasitəsilə tədarük olunacaq qazın ümumi həcmi bir qaz ili üçün maksimum 2 milyon meqavatt/saat və ya sutkada 8 min meqavatt/saatdır.

Melendunyoda təkrar tədarük məntəqəsinə çatdırılacaq qazın həcmi bir qaz ili üçün 3 410 meqavatt/saat və sutkada 20 meqavatt/saatadək olacaq.

TAP bu cür tenderi üçüncü dəfədir ki, keçirir. Birinci tender 2020-ci ilin iyununda, ikincisi 2021-ci ilin mayında baş tutub.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər