Trans-Adriatik boru xətti (TAP) konsorsiumu özünün əməliyyat fəaliyyəti, eləcə də kompressor stansiyalarının doldurulması üçün qaz satın alınması üzrə tender elan edəcək.
Konsorsiumdan eyd olunur ki, tenderə dəvət avqustun 1-dən etibarən elan olunacaq.
Tender prosesi 2022-ci il oktyabrın 1-dən 2023-cü il sentyabrın 30-dək tədarük dövrünü əhatə edəcək.
TAP konsorsiumu üçüncü bu cür tender keçirir. Birinci tender 2020-ci ilin iyununda, ikinci tender 2021-ci ilin mayında keçirilmişdi.