-1 C
Baku
Saturday, December 14, 2024

TAP vasitəsilə bu il İtaliyaya nəql olunan qazın həcmi açıqlanıb

2023-cü ilin birinci rübündə Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə İtaliyaya 2 milyard kubmetr təbii qaz tədarük olunub.

Konsorsiumun hesabatında qeyd olunduğuna görə, 31 dekabr 2020-ci il tarixində kommersiya məqsədilə tədarüklər başladıqdan etibarən TAP vasitəsilə ölkəyə nəql olunan qazın ümumi həcmi 18.5 milyard kubmetr təşkil edib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başlanılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər