7 C
Baku
Sunday, December 15, 2024

TAP vasitəsilə ötürülən Azərbaycan qazının həcmi açıqlanıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə 6.3 milyard kubmetr həcmində “mavi yanacaq” ötürülüb.

Bunu TAP AG konsorsiumundan bildirilib.

Qeyd edilib ki, bunun 5 milyard kubmetri İtaliyaya, 0.4 milyard kubmetri Yunanıstana və təxminən 0.8 milyard kubmetri Bolqarıstana daşınıb.

Həmçinin TAP vasitəsilə 2020-ci ilin dekabrın 31-dən indiyədək ümumilikdə 25.8 milyard kubmetr qaz nəql edilib. Bunun 1.22 milyard kubmetri Bolqarıstana, 2.8 milyard kubmetri Yunanıstana, 21.6 milyard kubmetri isə İtaliyaya göndərilib.

Konsorsiumdan bildirilib ki, 2022-ci ildə TAP vasitəsilə 11.35 milyard kubmetr qaz daşınıb və bunun 9.69 milyard kubmetri İtaliyaya, 1.13 milyard kubmetri Yunanıstana, 0.44 milyard kubmetri Bolqarıstana ötürülüb.

“TAP-ın ilkin gücü (10 milyard kubmetr) 2013-cü ildə 25 il müddətinə bağlanmış uzunmüddətli müqavilələr əsasında çatdırılır. İlkin tutumun təqribən 5 %-nə uyğun gələn qısamüddətli tutum “PRISMA” tutum sifarişi platforması (https://edp.tap-ag.com/) vasitəsilə Avropa qaydalarına uyğun olaraq auksionlar vasitəsilə bron etmək üçün əlçatandır”, – TAP AG qeyd edir.

Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr qaz təşkil edir. Azərbaycanla Avropa İttifaqı arasında imzalanmış sazişə əsasən, yaxın 5 ildə Avropaya qaz nəqli 20 milyard kubmetrə çatdırılacaq.

Xatırladaq ki, Azərbaycan qazının Avropaya tədarükünə Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə 2020-ci ilin sonunda başlanılıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər