3 C
Baku
Saturday, December 14, 2024

Tarazlıq gözlənilməlidir

Ölkəmizdə adi ipoteka kreditləri 8, güzəştli ipoteka kreditləri 4 faizlə verilir. Hər iki ipoteka kreditlərində maksimal məbləğ 50 min manatdır. Kredit adi ipotekada 25 il, güzəştli ipotekada isə 35 il müddətinə verilir.

İpoteka kreditlərinin verilməsi üçün şərtlərin bir qədər yüngülləşməsi, bu istiqamətdə ayrılan vəsaitlərin artırılması vacibdir.

Məsələyə aydınlıq gətirən Məhəmməd Talıblı bildirdirir ki, “Ölkəmizdə mənzilə ehtiyacı olan gənclər əhəmiyyətli dərəcədə çoxdur. Ona görə də büdcə vəsaiti hesabına onlara verilən kreditlərin həcmi artırılmalıdır. Artım baş verərsə, bu mərhələli olaraq problemlərin həlli istiqamətində yumşalma deməkdir”.

Ekspert Pərviz Heydərov qeyd edir ki “ İstənilən halda daxili mənbələr hesabına da ipoteka kreditləri üçün əlavə maliyyə tapmaq mümkündür. Büdcədən bu istiqamətdə 2-3 dəfə artıq vəsait ayırmaq olar. Yəni, problem vəsaitdə deyil. Problem həmin kreditlərin səmərəsizliyindədir. Belə ki, əgər ipoteka kreditlərinin həcmi artırılsa və şərtləri yumşaldılsa mənzil bazarında qiymətlər süni şəkildə qalxacaq. Bu onu göstərir ki, mənzil bazarı ilə ipoteka kreditləri arasında əlaqə azdır”. Ekspert onu da əlavə etdi ki, “Tək dövlət büdcəsi hesabına ipoteka kreditinin həcmini 100-150 milyon etmək olar. Bunun üçün istənilən məbləğdə vəsait ayırmağa dövlət büdcəsinin kifayət qədər imkanı var”.

Son xəbərlər
Digər xəbərlər