11 C
Baku
Wednesday, December 11, 2024

Targetinq nədir?

Targetinq – (ingilis dilində “target”“məqsəd” sözündən yaranmışdır) müəyyən kriteriyalara uyğun gələn auiditoriyaya məzmun üzrə seçilmiş məlumatların çatdırılmasıdır. Burada məqsəd reklam elanlarının məhz həmin seçilmiş kütləyə çatdırılmasıdır.

Targetinqin necə işlədiyi ilə tanış olaq:

  • Məlumatın toplanması mərhələsində auditoriyanın monitorinqi həyata keçirilir. Bu mərhələdə istehlakçının maraq dairəsi, ziyarət etdikləri online mağazalar, reaksiya verdikləri məlumatlar və s. barədə məlumat toplanır.
  • Məlumatın təhlili mərhələsində əldə edilmiş külli sayda məlumatdan auditoriya üçün üstünlük verilən nəticənin çıxarılması həyata keçirilir. Sözsüz ki, bu zaman targetinq həyata keçirən şirkət öz məhsullarına uyğun auditoriya qrupu yaradır.
  • Növbəti mərhələdə seçilmiş kütlə üçün məhsul və xidmət barədə məlumatı təqdim etmək zamanıdır. Auditoriya təyin edildikdən sonra məlumatlandırıcı reklam mesajı hazırlanır.
  • Reklam isə potensial auditoriyanın daxil olduqları resurslarda (müəyyən saytlarda, səhifələrdə, mağazaların səhifələrində, jurnal bölmələrində, televiziya verilişlərində) yerləşdirilir.

Bundan əlavə, Targetinqin müəyyən növləri və onların da özünəməxsus tapşırıqları mövcuddur. Bunlar hansılardır:

  • Tematik targetinq – Məlumatlandırıcı reklam mesajlarının məzmuna uyğun gələn informasiya platformalarında göstərilməsidir.
  • Məzmun targetinqi – (marağa görə hədəfləmə, məzmun reklamı). Reklam platformasını ziyarət edən kütlənin maraqlarını hədəfləməkdir.
  • Coğrafi targetinq. Targetinqin bu növündə reklamın reklam verən şirkət tərəfindən  seçilmiş müəyyən coğrafi ərazidə göstərilməsi nəzərdə tutulur.
  • Zaman targetinqi. Reklamın belə desək səhər və yaxud axşam, həftə içi və yaxud həftə sonu, kütlənin üstünlük verdiyi zamanlarda göstərilməsidir.
  • Sosial-demoqrafik targetinq — müəyyən yaş həddinə, cinsə, gəlirə, sosial statusa və s.ə hədəflənməkdir.
  • Davranış targetinqi. Targetinqin ən perspektivli növlərindən biridir. Targetinqin bu növü kütlənin davranışlarına uyğun məlumatın toplanmasını xarakterizə edir. Bura isə kütlənin hərəkət istiqamətləri, ziyarət etməyi sevdiyi yerlər, alış-veriş etmə vasitələri və s. daxildir.

Son xəbərlər
Digər xəbərlər