28 C
Baku
Thursday, July 17, 2025

Tarif (qiymət) Şurasının əsasnaməsində dəyişiklik edilib – FƏRMAN

“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Fərman imzalayıb.

Banker.az bu barədə Prezidentin rəsmi saytına istinad edir.

Fərmanda deyilir:
“Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında  aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə” üzrə:

1.1. 4.1-ci bənddə “mərkəzi icra hakimiyyəti orqanlarının” sözləri “dövlət orqanlarının (qurumlarının)” sözləri ilə əvəz edilsin;

1.2. 4.5-ci bəndə “orqanlarının” sözündən sonra “(qurumlarının)” sözü əlavə edilsin;

1.3. 4.10.1-ci yarımbənddə “səkkiz” sözü “doqquz” sözü ilə əvəz edilsin.

2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsinə aşağıdakı məzmunda on birinci və on ikinci abzaslar əlavə edilsin:

“Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 aprel 2023-cü il

Son xəbərlər
Digər xəbərlər