13 C
Baku
Tuesday, October 22, 2024

Tarif (Qiymət) Şurasının Katibliyi rəsmən ləğv edilib

Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının Katibliyi 2019-cu il 14 yanvar tarixindən ləğv edilib.

Banker.az bu barədə Vergilər Nazirliyinə istinad edir.

Katibliyin debitor və kreditorlarına bu barədə xəbərdarlıq edilir və kreditorlar tələblərini bu elan dərc edildiyi gündən 1 ay müddətində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov 40, Hökumət Evi, I Alaqapı ünvanına göndərə bilərlər.

Qeyd edək ki, Azərbaycan Prezident İlham Əliyev Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalamışdı. Fərmanın imzalanmasında məqsəd Azərbaycanda dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsidir. Bu qurumun da adı həmin siyahıda idi.

 

Son xəbərlər
Digər xəbərlər