10 C
Baku
Thursday, December 12, 2024

Tarif Şurası 48 dərman vasitəsinin qiymətini təsdiqlədi

Tarif (qiymət) Şurasının 31 avqust tarixində keçirilən növbəti iclasında yeni dövlət qeydiyyatına alınan 48 dərman vasitəsinin qiyməti də təsdiq edilib.

Bu barədə Banker.az-a Tarif (qiymət) Şurasının Katibliyindən bildirilib.

Bununla da, ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, indiyədək qiymətləri təsdiq edilmiş dərman vasitələrinin sayı 13347 təşkil edir və onların tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Son xəbərlər
Digər xəbərlər