Sərnişindaşımada qiymət dəyişikliyi hazırda müzakirə olunmur
“Hazırda Tarif Şurasında sərnişindaşımanın tariflərinin dəyişdirilməsi ilə bağlı məsələlər müzakirə edilmir”.
Bu barədə Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib.
Onun sözlərinə görə, hazırda bu mövzu gündəmdə deyil.
Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində yeni ildən sərnişindaşıma qiymətlərində artım olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta Nəqliyyat Nazirliyi tərəfindən Tarif Şurasına müraciət ediləcəyi barədə də bildirilib.
Xəzərxəbər