9 C
Baku
Monday, November 18, 2024

Tarif Şurası tərəfindən qiymətlərin hansı əsaslarla artırıldığı açıqlandı

Tarif Şurası tərəfindən qiymətlərin hansı əsaslarla artırıldığı açıqlanıb.

Bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, Nazirlər Kabinetinin 2005-ci il 30 dekabr tarixli qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməso tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi qaydaları”na əsasən, qiymətlərin formalaşması və tətbiqi üzərində dövlət nəzarəti Tarif (qiymət) Şurası tərəfindən həyata keçirilir. Həmin qaydalara uyğun olaraq, subyektlər tərəfindən dövri olaraq hər il martın 1-dək hesabat materialları

Tarif Şurasına təqdim edilir. Daxil olmuş sənədlər təhlil edilir və obyektiv səbəblərdən malların (xidmətlərin) istehsal xərclərinin artması və ya azalması zamanı, qiymətlərin dəyişdirilməsi üzrə subyektlərin təklifləri müəyyən olunmuş tələblər əsasında hazırlanaraq təqdim edildiyi və əsaslandırıldığı halda, dünya bazarında qiymətlərin kəskin dəyişməsi və ölkədə yaranmış sosial-iqtisadi vəziyyətdən asılı olaraq, habelə zəruri hallarda Şuranın təşəbbüsü ilə qiymətlərin yenidən tənzimlənməsi həyata keçirilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər