16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Tarif Şurasından “gediş haqqı” ilə bağlı açıqlama

Screen Shot 2021 09 02 at 14.34.20

Bəzi kütləvi informasiya vasitələrində ictimai nəqliyyatda şəhərdaxili avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı məlumatlar yayılır.

Tarif Şurasından verilən məlumata görə, şəhərdaxili ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə tariflərin artırılması ilə bağlı quruma müaciət edilməyib:

“Şurada hazırda bu sahədə tarif tənzimlənməsinin aparılması məsələsi müzakirə olunmur”.

Qeyd edilib ki, Tarif (qiymət) Şurasının 30 iyul 2018-ci il tarixli Qərarına əsasən, ictimai nəqliyyatda şəhərdaxili sərnişindaşıma xidməti üzrə tarif bir gediş üzrə 30 qəpik, şəhərətrafı və qəsəbələrarası sərnişindaşıma xidməti üzrə isə tariflər məsafədən asılı olaraq təsdiq edilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər