25 C
Baku
Saturday, July 27, 2024

Tarif Şurasının səlahiyyətləri azaldıldı

Nazirlər Kabinetinin “Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin təyin olunması Qaydaları”na dəyişiklik edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, tariflərin müəyyən edilməsi radiotezlik nominallarının (kanallarının) sayı, istifadə olunacaq radioelektron vasitələrinin texniki göstəriciləri, şəbəkə texnologiyaları, zolağın əhəmiyyətlilik dərəcəsi, onlara tələbat, aparılan texniki araşdırma və ölçü işlərinin həcmi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həyata keçiriləcək. İndiyədək isə bu, Tarif Şurası tərəfindən həyata keçirilirdi.

Son xəbərlər
Digər xəbərlər