2 C
Baku
Sunday, February 25, 2024

Tarixdə bir ilk – NASA Ayda binalar tikəcək

2040-cı ilədək Ayda bina tikmək niyyətində olan ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı İdarəsi (NASA) bu məqsədlə Yerin təbii peykinə 3D printeri göndərməyi planlaşdırır.

NASA mütəxəssisləri Ay səthindəki tozdan və daş qırıntılarından istifadə edərək beton hazırlayacaq və həmin materialdan tarixdə ilk Ay binaları tikəcək.

NASA bu məqsədinə çatmaq üçün Texas ştatının Ostin şəhərində yerləşən ICON inşaat kompaniyası ilə əməkdaşlığa başlayıb. Onlar Ayda yaşayış binaları, raketlər üçün eniş meydançası inşa etməyə imkan verən tikinti sistemi hazırlayacaq. Layihədə, həmçinin “Bjarke Ingels Group” və “SEArch+” kompaniyalarının memarları da iştirak edirlər.

Xatırladaq ki, insanların Aya enməsi 1969-cu ilin iyulundan 1972-ci ilin dekabrına qədər ABŞ-ın “Apollo” proqramı çərçivəsində həyata keçirilib. Həmin vaxtdan bəri Yerin təbii peykinə insan ayağı dəyməyib. NASA 2025-cü ildə start götürəcək “Artemis III” adlanan yeni missiyanın insanları Aya qaytaracağına ümid edir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər