19 C
Baku
Friday, May 3, 2024

Tarixdə ilk – Bankların fərdi sahibkarlara verdiyi kredit 2 mlrd. manata çatıb

Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilmiş kreditlərin həcmi 2 mlrd. manata çatıb.

Bu barədə Banker.az Azərbaycan Mərkəzi Bankının 1 sentyabr 2022-ci il tarixinə olan statistik göstəricilərinə istinad edir.

Bu portfelin ölkə üzrə həcmi 1 milyard 881.4 milyon manata yüksəlib.

Avqust 2022-ci ildə yanvar ayından sonra ən yüksək dinamika göstərən ay olub.

Avqust ayında 5.3% artım qeydə alınıb. Fərdi sahibkarlara banklar tərəfindən verilən kreditlərin həcmi illik müqayisədə isə 63.5% yüksəlib.

Göstərilir ki, fərdi sahibkarlara verilən kreditlərin 1 milyard 817.1 milyon manatı milli valyutada və 64.3 milyon manat ekvivalenti isə xarici valyutada olub.

253423424224

BANKLARDAKI DEPOZİTLƏR YÜKSƏLİR

Kommersiya banklarında fərdi sahibkarların depozitlərinin həcmi avqust ayında 212 mln. manatdan 226 mln. manata yüksəlib. Bu rəqəm ilin əvvəlində 171 mln. manat idi.

2022-ci ilin sentyabrın 1-inə olan məlumata əsasən, ölkədə bank fərdi sahibkar olan bank müştərilərinin sayı 594 110-dir. Bu illik müqayisədə 10.7% yüksəlmə deməkdir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər