14 C
Baku
Saturday, April 27, 2024

Tarixdə ilk. İki Avropa kubokunun finalçısı bir ölkəni təmsil edəcək

2018/19-ci illər Avropa kubokları mövsümü tarixə bir ilk kimi düşüb. İlk dəfə olaraq həm Çempionlar Liqası, həm də Avropa Liqasının finalında bir ölkənin təmsilçiləri üz-üzə gələcək.

Çərşənbə günü, mayın 29-də Bakıda keçiriləcək Avropa Liqasının final matçında “Çelsi” və “Arsenal” qarşılaşacaq.

Şənbə günü, iyunun 1-də Madriddə (İspaniya) keçiriləcək Çempionlar Liqasının finalında isə “Tottenhem” və “Liverpul” üz-üzə gələcək.

İngiltərə çempionatında sona bir tur qalmış “Liverpul” 2-ci, “Çelsi” 3-cü, “Tottenhem” 4-cü, “Arsenal” isə 5-ci pillədə qərarlaşıb.

Birinci yerdə gedən “Mançester Siti” Çempionlar Liqasının ¼ final mərhələsində “Tottenhem”ə məğlub olub.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər