4 C
Baku
Monday, December 23, 2024

Tarixdəki ən böyük 10 IPO

Beş il əvvəl, 2019-cu il dekabrın 5-də Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” səhmlərini birjada yerləşdirdiyini elan edib. Yığılmış vəsaitlərin həcminə görə, bu IPO tarixdə rekord olub.

Tarixdəki ən böyük 10 IPO siyahısını sizlərə təqdim edirik.

1. Saudi Aramco – 29.4 milyard dollar (inflyasiya nəzərə alınmaqla – 361 milyard dollar)

IPO tarixi: 2019-cu il 5 dekabr

photo 5280818795201553173 w

Qeyd edək ki, birjaya çıxana qədər “Saudi Aramco” tamamilə dövlətə məxsus olub. Listinq zamanı o, rekord 25.6 milyard dollar toplayıb və bir ay sonra əlavə 450 milyon səhm yerləşdirmə opsionunu həyata keçirib. Təklif qiymətindən çıxış edərək, “Saudi Aramco” o dövrdə təxminən 1.7 trilyon dollar dəyərində qiymətləndirilib.

2. Alibaba Group – 25 milyard dollar (inflyasiya nəzərə alınmaqla – 33.2 milyard dollar)

IPO tarixi: 2014-cü il 18 sentyabr

photo 5280818795201553172 w

Asiyanın ən böyük ticarət platformasının səhmlərinin ilkin kütləvi təklifi Nyu-York birjasında baş tutub. “Greenshoe” opsionunun tətbiqindən sonra cəlb edilən vəsaitin həcmi ilkin 21.8 milyard dollardan 25 milyard dollara yüksəlib və Çin internet nəhənginin kapitallaşması 231.4 milyard dollara çatıb.

3. SoftBank Corp. – 23.5 milyard dollar (inflyasiya nəzərə alınmaqla – 29.5 milyard dollar)

IPO tarixi: 2018-ci il 19 dekabr

photo 5280818795201553170 w

Yaponiyanın telekommunikasiya şirkətinin Tokio birjasına girişi əvvəlcə uğursuz olub: ticarətin ilk günündə korporasiyaya məxsus mobil operatorun işində nasazlıq, habelə ölkənin dövlət qurumlarına “Huawei” avadanlığını almaq qadağası səbəbindən səhmlər 14.5% dəyər itirib.

Bununla belə, sonda tələb təklifi iki dəfə üstələyib və beləliklə holdinq 2.7 trilyon yen (23.5 milyard dollar) cəlb edə bilib. Bu, Yaponiya tarixindəki ən böyük IPO olub.

4. General Motors – 23.1 milyard dollar (inflyasiya nəzərə alınmaqla – 33.7 milyard dollar)

IPO tarixi: 2010-cu il 17 noyabr

photo 5280818795201553169 w

İflasdan və delistinqdən keçən avtomobil nəhəngi 20.1 milyard dollar dəyərində 478 milyon adi və 87 milyon konvertasiya edilə bilən imtiyazlı səhmlərini Nyu-York və Toronto birjalarına yerləşdirərək zəfərlə bazara qayıdıb. IPO nəticəsində “General Motors” 3 milyard dollar cəlb edib ki, bu da həmin dövrdə yeni rekord olub.

5. Agricultural Bank of China – 22.1 milyard dollar (inflyasiya nəzərə alınmaqla – 32 milyard dollar)

IPO tarixi: 2010-cu il 15 iyul

photo 5280818795201553168 w

Çinin ən böyük banklarından birinin səhmlərinin ilkin kütləvi təklifi Honkonq və Şanxay birjalarında baş tutub. “AgBank” 19.2 milyard dollar cəlb edib, əlavə yerləşdirmə opsionunun tam icrasından sonra isə IPO həcmi daha 2.9 milyard dollar artıb.

6. Industrial and Commercial Bank of China – 21.9 milyard dollar (inflyasiya nəzərə alınmaqla – 34.5 milyard dollar)

IPO tarixi: 2006-cı il 27 oktyabr

photo 5280818795201553167 w

Çinin ən böyük kommersiya bankı ölkə tarixində ilk dəfə olaraq iki birjaya – Honkonq və Şanxay birjalarına daxil olub. Bank birində 14 milyard dollar, digərində isə 5.1 milyard dollar cəlb edib. Üç ay sonra ICBC əlavə yerləşdirmə opsionunu icra edib və IPO-nun həcmini daha 1.8 milyard dollar artıb.

7. Visa Inc. – 19.7 milyard dollar (inflyasiya nəzərə alınmaqla – 29.1 milyard dollar)

IPO tarixi: 2008-ci il 18 mart

photo 5280818795201553165 w

Dünyanın ən böyük ödəniş sisteminin operatoru Nyu-York birjasında 406 milyon səhm sataraq 17.9 milyard dollar cəlb edib. İki gün sonra anderrayterlər opsiondan istifadə edərək daha 1.8 milyard dollarlıq 40.6 milyon səhm alıb.

8. NTT DoCoMo – 18.4 milyard dollar (inflyasiya nəzərə alınmaqla – 35.7 milyard dollar)

IPO tarixi: 1998-ci il 22 oktyabr

photo 5280818795201553163 w

Ölkənin mobil rabitə bazarının böyük hissəsinə nəzarət edən “NTT DoCoMo” operatoru Asiya maliyyə böhranından dərhal sonra Tokio birjasına daxil olub. IPO nəticəsində şirkət 18.4 milyard dollar cəlb edib.

9. Enel SpA – 18.3 milyard dollar (inflyasiya nəzərə alınmaqla – 36/6 milyard dollar)

IPO tarixi: 1999-cu il 2 noyabr

photo 5280818795201553159 w

İtalyan korporasiyası Milan və Nyu-Yorkda səhmlərini yerləşdirərək bazara çıxan ən böyük enerji şirkəti olub. IPO-nun ümumi həcmi rekorda yaxın olsa da, listinq böyük həyəcan doğurmayıb. 2007-ci ildə “Enel” Uoll-Striti tərk edib.

10. Facebook Inc. – 16 milyard dollar (inflyasiya nəzərə alınmaqla – 21.8 milyard dollar)

IPO tarixi: 2012-ci il 18 may

photo 5280818795201553158 w

Bir sıra sosial şəbəkələrə sahib olan korporasiya səhmlərin ilkin təklifini NASDAQ birjasında həyata keçirib. İlk gündə ticarət həcminə görə rekord qeydə alınıb – 460 milyondan çox səhm. Bu IPO texnologiya sektorunda ən böyüyü olsa da, nəticədə şirkətin kapitallaşması təxminən 20 milyard dollar azalıb.

Son xəbərlər
Digər xəbərlər