25 C
Baku
Sunday, October 6, 2024

Tarixi qəzaya görə BP-yə rekord cəza

Böyük Britaniyanın nəhəng neft şirkəti BP-nin Meksika körfəzində səbəb olduğu qəzaya görə ödəyəcəyi cərimə açıqlandı. Şirkət 20.8 milyard dollar cərimə edilib. Şirkətin ətraf-mühiti çirkləndirməsi iddialarına dair ABŞ-da keçirilən məhkəmə son qərarını verib. BP-nin bu məbləği 16 il ərzində ödəməsi tələb edilib. 

Bu təzminat ətraf-mühitin yenidən təbii halına qaytarılması və sızmanın olduğu bölgədəki 5 ABŞ ştatındakı zərərin aradan qaldırılmasına yönələcək.

Meksika körfəzində qəza 2010-cu ildə baş verib. Neft sızması tarixin ən böyük ətraf mühit fəlakəti adlandırılır. Fəlakətə görə verilən təzminat ABŞ tarixində ən yüksək cəza hesab edilir. 20 milyard dollarlıq təzminata okeanın təmizlənməsi xərcləri də daxil edilərsə, 53 milyard dollarlıq bir rəqəm ortaya çıxmış olur.

Meksika körfəzində BP-yə məxsus “Deepvater Horizon” quyusunda baş verən qəza
Meksika körfəzində BP-yə məxsus “Deepvater Horizon” quyusunda baş verən qəza

Meksika körfəzində BP-yə məxsus “Deepvater Horizon” quyusunda baş verən qəza ABŞ tarixində ən böyük neft qəzası olaraq tarixə keçib. 2010-cu ilin 20 aprelində baş verən qəzada 11 nəfər həyatını itirib, 17 nəfər yaralanıb.

Platformadakı partlayışdan sonra neft sızmasının qarşısını uzun müddət almaq mümkün olmayıb. 87 gün çəkən sızmanın qarşısı alınana qədər 500 milyon litr xam neft okeana axıb.

ANS-PRESS

Son xəbərlər
Digər xəbərlər