10 C
Baku
Tuesday, January 31, 2023

Tarixi rekord: fərdi sahibkarlara verilən kreditlərin həcmi 2 mlrd. manatı ötdü

Azərbaycanda fərdi sahibkarların kreditləşməsi 2 mlrd. manatı keçməklə tarixi maksimuma çatıb.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, 1 noyabr 2022-ci il tarixinə sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən kreditlərin həcmi son bir ayda 2.8%, ilin əvvəlindən 46.8%, son bir ildə isə 60.8% artıb.

Beləliklə, fərdi sahibkarlara verilən kredit portfelinin həcmi 2 milyard 029.5 milyon manat təşkil edib.

2020-ci ilin eyni dövrü ilə müqayisədə isə bu kredit portfeli artıq 3 dəfəyə yaxın artmış olub.

233131312123

Azərbaycanda fəaliyyətdə olan fərdi sahibkarlara verilən kreditin həcmi isə cəmi 5.9 mln. manatdır.

Fərdi sahibkarlara verilən kreditlərin 96.4%-i, yəni 1 milyard 956.5 milyon manatı milli, qalan 147.7 mln. manatı isə xarici valyutada verilmiş kreditlərdir.

Banker.az-a bildirilir ki, 1 mlrd. 881.8 mln. manatı uzunmüddətli, bunun da 1 mlrd. 821.8 mln. manatı kreditlər təşkil edir. Uzunmüddətli kreditlər dedikdə əsasən 5 il üzərində verilmiş kreditlər başa düşülür.

Son xəbərlər
Digər xəbərlər
X