6 C
Baku
Sunday, December 15, 2024

Tarixi şəxsiyyətlər acı zarafatlara necə cavab vermişlər?

Gündəlik yumoristik verilişlərə baxmaqla uğurlu zarafat etməyi öyrənmək mümkün deyil. Acı zarafatlara layiqli cavab vermək və çətin vəziyyətə düşməmək üçün tarixi şəxsiyyətlərdən hazırcavablığı öyrənmək lazımdır. Bir neçə tarixi şəxsiyyətin acı zarafatlara necə gözəl cavab verərək, qarşı tərəfi pis vəziyyətə saldıqları ilə tanış olaq:

Uinston Çörçill və Bernard Şou

Şou: Teatrda əsərimin nümayişi üçün sizə bir neçə bilet sifariş etmişəm. Gəlin və özünüzlə bir neçə dostunuzu da gətirin. Təbii ki, əgər sizdə onlardan varsa…
Çörçill: Nümayişə gələ bilməyəcəm, lakin növbəti seansa gələrəm. Təbii ki, o da əgər baş tutsa…

Uinston Çörçill və Bessi Breddok

Bessi Breddok: Uinston, siz sərşoxsuz!
Çörçill: Düzdür. Lakin siz də eybəcərsiz. Sabah səhər mənim sərxoşluğum keçəcək, amma siz eybəcər olaraq qalacaqsız.

Calvin Coolidge və bir qadın

Ağ evdə nahar zamanı:
Qadın: cənab Coolidge, mən rəfiqəmlə mərc etmişəm ki, sizin ağzınızdan bir sözdən artığını eşitmək mümkün deyil.
Coolidge: Siz uduzdunuz.

Avraam Linkoln və Stiven Duqlas

(Duqlas Linkolnu debatların birində ikiüzlü adlandırmışdı)
Linkoln: Mən görüşə gedəcəm. Necə düşünürsüz, bu üzümlə getsəm necə olar?

Edna Ferber və Noel Kovard

Kovard: Siz demək olar ki, kişi kimi görünürsüz.
Ferber: Siz də həmçinin.

İlka Çeyz və naməlum aktrisa

Aktrisa: Sizin kitabınız mənim elə xoşuma gəldi ki! Onu sizə kim yazıb?
Çeyz: Çox şadam ki, o sizin xoşunuza gəlib! Bəs onu sizə kim oxuyub?

Volfqanq Amadey Motsart və pərəstişkarı

Pərəstişkar: cənab Motsart, mən də simfoniya yazmaq barədə düşünürəm. Deyə bilərsinizmi nədən başlayım?
Motsart: Simfoniya – çox çətin musiqili formadır. Ən sadə mahnılardan başlayın və getdikcə çətinləşdirərək simfoniyaya gəlib çatın.

Pərəstişkar: Amma Cənab, siz 8 yaşınızdan simfoniya yazmağa başlamısınız.
Motsart: Hər şey doğrudur. Çünki mən heç vaxt heç kimnən heç nə soruşmurdum.

Miriam Hopkins və naməlum müğənni

Müğənni: Bilirsiniz, əzizim, mən öz səsimi 50 min dollara sığortalamışam.
Hopkins: Necə gözəl! Bəs siz bu pullara nə aldınız?

Senator Friç Hollinqs və Henri Makmastor

Rəqibi onun narkotiklərdən istifadəsini təsdiq edən testdən keçməyi bildirdikdə:
Hollinks: Mən narkotiklə bağlı yoxlamadan keçəcəm, lakin bu o halda baş verəcək ki, siz də IQ testindən keçəsiz.

Avraam Linkoln  və xarici diplomat

Xarici diplomat Linkolnu öz otağında çəkmələrini təmizləyərkən gördükdə demişdi:
Diplomat: Cənab Linkoln, siz öz çəkmələrinizi özünüz təmizləyirsiniz?
Linkoln: Bəli, bəs siz kimin çəkmələrini təmizləyirsiniz?

Frenk Zappa və şoumen Co Payn

(Paynın öz şousunu aparması çox sarkastik idi – belə ki, bir çoxları hesab edirdilər ki, bu səbəbdən o ayağının amputasiya olunması ilə üzləşib)

Payn: Düşünürəm ki, uzun saçlar sizi bir qız edir.
Zappa: Mən isə düşünürəm ki, taxta ayaq sizi bir stol edir.

Son xəbərlər
Digər xəbərlər