17 C
Baku
Sunday, October 13, 2024

Tarixi şəxsiyyətlərin ən “yersiz” ölümləri

Stanislav Leşinski

O 88 yaşında kamin qarşısında yatarkən həlak olmuşdu. Belə ki, oddan üzərinə düşən alov nəticəsində onun paltarı alışmışdı.

Pietro Aretino

İtalyan dramaturq və İntibah dövrünün satiriki Pietro Aretino barlardan birində ədəbsiz bir lətifə eşitmiş, ürəkdən gülmüş, yıxılmış və kəllə sümüyünü əzmişdir (digər bir versiyaya görə isə həddindən artıq gülməkdən ürəyi partlamışdır).

“Əzəmətli Sigurd”

892-ci ildə Əəzmətli Sigurd düşməninin kəsilmiş başını öz yəhərinə bərkidir. Yolda kəsilmiş başın dişləri Sigurdun ayağına batarmış və tezliklə yaraya infeksiya düşür. Əzəmətli Sigurd elə bu infeksiyadan da dünyasını dəyişmişdir.

Jorde Plantagenet

Klarensin ilk hersoqu Jorde Plantagenet pivə çəlləyində boğularaq edam edilmişdi.

Ser Artur Aston

Ser Artur Aston 1649-cu ildə özünün taxta ayağı ilə ölümcül döyülmüşdü.

Adolf Fredrik, İsveç kralı

İsveç kralı 12 fevral 1771-ci ildə Stokholmda həddindən artıq çox “doyduğuna” görə həlak olmuşdu.

Alan Speysi

Alan Speysi – britaniyalı avtomobil yarışçısı Belçikada keçirilən gran-pri zamanı həlak olub. Bu zaman Alanın üzünə quş çırpılmış, nəticədə o idarəetməni itirmiş və qəza törətmişdi.

Julien de la Mettrie offrey

Öz şərəfinə təşkil edilmiş bayramda həddindən artıq yemişdi.

John Kendrick

Öz şərəfinə təşkil edilmiş atəşfəşanlıqda top gülləsindən çıxan mərmidən yarlanaraq ölmüşdü.

Vəkil Clement Vallandigem

Məhkəmə zamanı ölmüş şəxsin özünü necə öldürdüyünü əyani olaraq göstərmək istəyərkən tapançadan özünə atəş açmışdı.

Qriqori Rasputin

Zəhərləndirilmiş, başına atəş açılmış, əlavə olaraq üç güllə yarası almış, sopa ilə döyülmüş, axtalanmış və nəhayətki ölsün deyə çaya atılmışdı.

I Aleksandr (yunan)

Meymun tərəfindən döyülərək həlak olub.

Martha Mansfield

Ehtiyatsız şəkildə kibrit yandırdığına görə öz libasında yanaraq ölmüşdü.

İsadora Duncan

Uzun şərfinin avtomobilin təkərləri altında qalması nəticəsində həlak olub.

HMS Trinidad (1942) və USS Tang (1944)

Özlərinin olduğu gəmiyə raket zərbəsi endirmək “hər kəsə nəsib olmur”.

Leslie Harvey

Kütlə qarşısında çıxış edərkən mikrofonda yaranan qısaqapanmadan cərəyan vurmuşdu.

Gary Hoy

Quraşdırılan pəncərənin heç bir halda qırılmadığını nümayiş etdirmək üçün özünü pəncərədən atmışdı. Qeyd etmək lazımdır ki, şüşə həqiqətən də qırılmırmış, lakin çərçivədən çıxa bilirmiş…

Son xəbərlər
Digər xəbərlər