Dünyaca məşhur psixoloq Abraham Maslou 1970-ci ildə insanların xarakterini öyrənmək qərarına gəlir, məhz o insanların ki, onlar öz potensialları tam açmaq üçün lazımı tətbiq sahəsi tapa biliblər, yəni elə insanlar ki, həyatdakı bütün fürsətlərdən necə yararlanmağı bilirlər
O, bir neçə tarixi məşhur şəxsiyyətlərdən başlayır, məsələn Tomas Ceferson, Avraam Linkoln, Ceyn Adame, Abert Eyşteyn və Eleonara Ruzvelt.
Olduqca güclü şəxsiyyət kimi formalaşmağa müvəffəq olmuş bu inşalarda Maslou bir neçə ortaq cəhətlər tapır. Onlar aşağıdakı kimidir:
1. Onlar qeyri-stabil situasiyada hərəkət etməyə qadirdir.
2. Onlar fikirlərini şəxsi maraqlarında deyil, problemin həllində konsentrasiya edə bilirlər.
3. Onlar spontan, gözlənilməz ideya və təşəbbüsləri ortaya çıxarmağa meyllidir.
4. Onların yaxşı yumor hissi var.
5. Onlar nə doktrinaçılığa məruz qalır, nə də şərti prinsiplərə əsaslanırlar.
6. Onlar bəşəriyyətinin rifahının qeydinə qalırlar.
7. Onlar çox obrazlı həyat təcrübəsinin dərinliyini anlamağa qadirdirlər.
8. Onlar məhz məhdud sayda dostlar ilə sıx münasibətlər qurmağa üstünlük verir, nəinki çoxsaylı insanlar ilə səthi münasibətlərə.
9. Onlar həmişə obyektivliyi qoruyur.