Tarixin ən böyük sızması: 8 milyarddan çox şifrə internetə düşüb

Hakkerlərin istifadə etdiyi forumlarda 8.4 milyarddan çox şifrə aşkar edilib, onlardan bəziləri əvvəlki sızmalarından götürülüb. Banker.az xəbər verir ki, bu barədə “Cybernews.com” məlumat verib.

Nəzərə alsaq ki, bu gün 4.7 milyarddan çox insan internetdən istifadə edir, hakkerlərin iki dəfə çox parola sahib olduğunu söyləmək olar.

Fayl “rockyou2021.txt” adlanır və məşhur 2009-cu il “Rock You” sızmasına işarə edir. Xatırladaq ki, həmin ildə internetə 32 milyon şifrə sızıb. İndiki kolleksiyanın çəkisi 100 GB-dan çoxdur və özündə 6-20 simvoldan ibarət parollar ehtiva edir.

Bu sızma tarixdəki ən böyük hadisədir. İkinci yerdə 2021-ci ilin fevralına baş verən və 3.2 milyard şifrənin sızması ilə nəticələnən “COMB” dayanır


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.