“The Walt Disney”in “Soyuq ürək-2” cizgi filmi ən yüksək kassa gəliri əldə edən animasiya filmi kimi kinematoqrafiya tarixinə düşüb.
Bu barədə “Boxofficemojo” portalı məlumat yayıb.
Cizgi filminin kassa gəliri 1.325 milyard dolları keçib. Qış nağılı olan film “Soyuq ürək” cizgi filmindən izləyənlərə tanış olan Anna və Elza bacılarının gələcək sərgüzəştlərindən bəhs edir.

Xatırladaq ki, “Soyuq ürək-2” studiyanın keçən il milyard dollardan çox qazandığı altıncı film layihəsidir.
©Oxu.az








