15 C
Baku
Sunday, November 24, 2024

Tarixin ən dağıdıcı hiperinflyasiyaları

Axırıncı yüzillik ərzində dünyada 56 hiperinflyasiya baş vermişdir. Bunun səbəbi, əhalinin valyuta ilə eksperimentlərə sonsuz inamı idi ki, bu da həmişə arzuolunan nəticələr vermirdi. Bəzən əhalinin etimadını qazanmaq üçün maliyyə sistemini qurban vermək lazım gəlirdi.

Hiperinflyasiya 1980-i ildə borc böhranı yaşayan Latın Amerikası ölkələri kimi inkişaf etməkdə olan ölkələrdə daha güclü hiss olunur. 

Hətta dünyanın Çin, Almaniya və Fransa kimi bir sıra ən böyük iqtisadiyyatları belə dağıdıcı hiperinflyasiyadan əziyyət çəkmişlər.

Hiperinflyasiyanın əsas səbəblərindən biri – iqtisadiyyatın əsas kapitalını sarsıdan və əhəmiyyətli dərəcədə məhsuldarlığı aşağı salan müharibədir.

Iqtisadçılar Stiv Xanke və Nikolas Krus yeni tədqiqatlarında bütün 56 hiperinflyasiya haqqında məlumatlar topladılar. Biz son yüzillik ərzində baş vermiş ən qorxunc inflyasiyalardan 10-u seçdik.

infl

Macarıstan: avqust 1945 – iyul 1946
Inflyasiyanın gündəlik tempi: 207%. Qiymətlər hər 15 saatda iki dəfə artırdı.
Səbəb: İkinci Dünya müharibəsi ölkənin kapitalının 40%-i məhv etdi.

Zimbabve: mart 2007 – noyabr 2008
Inflyasiyanın gündəlik tempi: 98%. Qiymətlər hər 25 saatda iki dəfə artırdı.
Səbəb: 2000-2001-ci illərdə Robert Muqabenin torpaq islahatı istehsal həcminin aşağı düşməsinə səbəb oldu. Ölkənin əhalisi azaldı, insanlar ölkəni tərk edirdi.

Yuqoslaviya/Serbiya Respublikası: aprel 1992 – yanvar 1994
Inflyasiyanın gündəlik tempi: 65%. Qiymətlər hər 34 saatda iki dəfə atırdı.
Səbəb: Sovet ittifaqının tənəzzülü çoxillik etnik müharibələrə səbəb oldu ki, bu da hər iki ölkə iqtisadiyyatının təməllərini sarsıtdı.

Veymar Respublikası (Almaniya): avqust 1922 – dekabr 1923
Inflyasiyanın gündəlik tempi: 21% Qiymətlər hər 3 gün 17 saatda iki dəfə artırdı.
Səbəb: Birinci Dünya müharibəsində Almaniyanın məğlubiyyəti böyük məbləğli təzminatın (müharibədə məğlub olan tərəfin qalib tərəfə verdiyi müharibə xərci) ödənilməsinə səbəb oldu.

gii

Yunanıstan: may 1941 – dekabr 1945
Inflyasiyanın gündəlik tempi: 18%. Qiymətlər hər 4 gün 6 saatda iki dəfə artırdı.
Səbəb: İkinci Dünya müharibəsi Yunanıstan iqtisadiyyatını birdən yıxdı və satışın həcmi kəskin şəkildə azaldı.

Çin: oktyabr 1947 – may 1949
Inflyasiyanın gündəlik tempi: 14%. Qiymətlər hər 5 gün 9 saatda iki dəfə artırdı.
Səbəb: İkinci Dünya müharibəsi bitəndən Çini vətəndaş müharibəsi bürüdü: milliyyətçi və kommunistlər ölkə üzərində nəzarət uğrunda mübarizə aparırdılar və rəqabət aparan valyutalar buraxmışdılar.

Peru: iyul 1990 – avqust 1990
Inflyasiyanın gündəlik tempi: 5%. Qiymətlər hər 13 gün 2 saatda iki dəfə artırdı.
Səbəb: Latın Amerikasında maliyyə böhranından sonra həyata keçirilmiş sərt iqtisadi siyasət Perunun iqtisadiyyatını dağıtmışdır.

Fransa: may 1795 – noyabr 1796
Inflyasiyanın gündəlik tempi: 5%. Qiymətlər hər 15 gün 2 saatda iki dəfə artırdı.
Səbəb: Fransa inqilabı (1789-1799), müharibələrdən sonrakı çoxsaylı borclar.

giperinfl

Nikaraqua: iyun 1986 – mart 1991
Inflyasiyanın gündəlik tempi: 4%. Qiymətlər hər 16 gün 10 saatda iki dəfə artırdı.
Səbəb: Latın Amerikasının əksər ölkələrini bürümüş qeyri-stabil iqtisadiyyat fonunda 1979-cu ildə baş vermiş Nikaraqua inqilabı

Son xəbərlər
Digər xəbərlər