14 C
Baku
Monday, May 6, 2024

Tarixin ən iri həcmli oğurluqları

Banker.az saytı olaraq sizə dünyada bu günə qədər həyata keçmiş ən iri həcmli oğurluqların siyahısını təqdim edirik:

  • Lufthansa terminalının qarət edilməsi, Nyu-York, 1978-ci il – 6 milyon dollar
  • Danbar inkassator maşının qarət edilməsi, Los-Angelos, 1997-ci il – 18,9 milyon dollar
  • Qatarın qarət edilməsi, Bakinheşmir, İngiltərə, 1963-cü il – 2,6 milyon avro
  • Drumlanring qəsrinin qarət edilməsi, Şotlandiya, 2003-cü il – 40 milyon dollar
  • Northern bankının qarət edilməsi, Belfast, İrlandiya, 2004-cü il – 26,5 milyon avro
  • Cellini Salt Cellar-ın qarət edilməsi, Vyana, 2003-cü il – Benvenuto Çellini-nin qızıl heykəlinin oğurlanması
  • Graff Diamonds-ın qarət edilməsi, London, 2009-cu il – təqribən 65 milyon dollar
  • Brinks şirkətinin hava limanındakı anbarının qarət edilməsi, London. Bu zaman qızıl, brilyantlar və nağd olaraq 26 milyon funt sterlinq oğurlanmışdı.
  • Carlton Hotel-in qarət edilməsi, Kann, 1994-cü il – 30 milyon avro dəyərində olan zinət əşyaları
  • Braziliyanın Fortaleza şəhərində Banco Central-ın qarət edilməsi, 160 milyon dollar
  • 2006-cı ildə The Securitas Depot-un qarət edilməsi britaniya tarixinin ən iri həcmli qarəti adını almışdır, 55 milyon avro
  • Antwerp Diamond-un qarət edilməsi, Belçika, 2003- cü il – 100 milyon dollar dəyərində olan zinət əşyaları
  • Harrys zərgərlik mağazasının qarət edilməsi, Paris, 2008-ci il – 108 milyon dollar
  • Shiphol-un hava limanında qarət edilməsi, Amsterdam, 2005-ci il – 118 milyon dollar
  • Britaniyanın British Bank of the Middle East bankının qarət edilməsi, 1976-cı il – 25 milyon avro
  • E.G. Bhrle incəsənət muzeyinin qarət edilməsi, Zürih, 2008-ci il – 139 milyon dollar
  • “Knightsbridge depozit mərkəzi”-nin  qarət edilməsi, İngiltərə, 1987-ci il – 60 milyon avro
  • United California bankının qarət edilməsi, Kaliforniya, 1972-ci il – 12 milyon dollar
  • Minilliyin günbəzinin qarət edilməsi, London. Bu zaman 203,04 karatlıq və təqribən 200 milyon avro dəyərində olan qiymətli daş oğurlanmışdı.
  • “Dar Es Salaam” bankının qarət edilməsi, Bağdad, 2007-ci il – 282 milyon dollar
  •  “SMBC” bankının qarət edilməsi, London, 2008-ci il – 229 milyon dollar
  • Gardner muzeyinin qarət edilməsi, Boston, ABŞ. 1990-cı il – ümumi dəyəri 500 milyon dollar olan 13 incəsənət nümunəsinin oğurlanması
  • 301 ədəd qiymətli kağız, həmçinin 292 milyon funt sterlinq dəyərində olan veksel və depozit sertifikatlarını aparan 58 yaşlı kuryer Con Qoddardın qarət edilməsi.
  • 2003-cü ildə ABŞ-ın ilk bombalarının Bağdada düşməsindən cəmi bir neçə saat öncə Səddam Hüseyn öz Kusay Hüseyn adlı oğlunu bir qeyd parçası ilə İraqın Mərkəzi bankına göndərir və ona 1 milyard dollar vermələrini tapşırır. Bu pulların indiyə qədər harada olduğunu heç kim bilmir.
  • Siyahıda ilk yeri adi ofisiantdan peşəkar oğruya çevrilmiş Stefan Braytvizer tutur. O 1995-ci ildən 2011-ci ilə qədər bütün dünya üzrə 172-dən çox muzeydən 239-dan artıq incəsənət nümunəsi oğurlamışdır. Peşəkar oğru tərəfindən oğurlanan incəsənət nümunələrinin ümumi dəyəri 1,2 milyard dollar dəyərində qiymətləndirilir.
Son xəbərlər
 ⁠
Digər xəbərlər