19 C
Baku
Friday, May 3, 2024

Tarixin ən sirli təsadüfləri hansılardır?

A) Napoleon — Hitler

1. Napoleon 1804, Hitler isə 1933-cü ildə hakimiyyətə gəlib. Aradakı fərq 129 ildir.

2. Napoleon Vyanaya 1809, Hitler isə 1938-ci ildə daxil olub. Aradakı fərq 129 ildir.

3. Napoleon Rusiyaya hücum etdikdə 1812-ci, Hitler hücum etdikdə isə 1941-ci il idi. Aradakı fərq isə yenə 129 il idi.

B) Linkoln — Kennedi

1. Linkoln ABŞ prezidenti olduqda 1860-cı il idi. Kennedi isə 1960-cı ildə prezident səlahiyyəti qəbul etmişdi. Aradakı fərq 100 ildir.

2. Hər ikisi cümə günü, həyat yoldaşlarının iştirakı ilə – başdan güllə zərbəsi alaraq ölmüşdü.

 3. Linkolndan sonra prezident Endru Conson olur (Conson 1808-ci ildə doğulub). Kennedidən sonra isə Lindon Conson prezident olub (1908-ci ildə doğulub). Aradakı fərq 100 ildir.

4. Hər iki şəxs prezident olmamışdan öncə senator olub.

5. Linkolnun qatili 1829, Kennedinin qatili isə 1929-cu ildə doğulub. Aradakı il fərqi 100 ildir. Hər iki qatil də məhkəmə öncəsi öldürülüb.

6. Linkoln “Kennedi” teatrında, Kennedi isə “Linkoln” avtomobilində qətlə yetirilib.

C) 1992-ci ildə fransalı rəssam Rene Şarbonno Ruan bələdiyyəsinin sifarişi ilə “Janna Darkın tonqalda yandırılması” rəsmini yaradır. Janna Darkın obrazını yaratmaq üçün isə rəssama Janna Lenua adlı bir qız modellik edir. Lakin növbəti gün rəsm əsəri geniş sərgi salonunda nümayiş edilən vaxt universitet laboratoriyasında reagentlər partlayır. Həmin məkanda olan Janna oranı tərk edə bilmir və orada yanaraq həlak olur. Bu inanılmaz təsadüf barədə o zamanlar çox yazırlar.

D) 1896-cı ildə ikinci dərəcəli fantastik əsər yaradıcısı Morqan Robertson Londonda öz “Titan-ın məhvi” romanını ictimaiyyətə təqdim edir. Bu əsərdə böyük sərnişin gəmisinin ilk və son səfərindən, onun buz parçası ilə toqquşub batmasından bəhs edilir. Əsərdəki gəmi ilə 1912-ci ildə batmış “Titanik” gəmisi demək olar ki, görünüşü, gəmi xüsusiyyətləri, sərnişinlərinin və həlak olanların sayı eyni idi. Əsərdəki “Titan” gəmisi də real həyatdakı “Titanik” gəmisi kimi 1912-ci ildə batmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər

5 ŞƏRH

Comments are closed.