26 C
Baku
Saturday, July 27, 2024

Tarixin az bilinən üzü

1938-ci ildə Stalin pilot Valeriy Çkalova Daxili İşlər üzrə Dövlət Komissarlığını idarə etməyi təklif etmişdi. Lakin Çkalov buna etiraz etmişdi.

Bizim eradan əvvəl V əsrdə spartalı ordu başçısı Pausanias öz vətənini farslara satır. Onun xəyanəti aşkar edildikdə məhkəmə xəyanətkarı edam etmək qərarı verir. Pausanias Afina ilahəsinin məbədinin ərazisində qətl törətməyin hörmətsizlik olduğunu bildiyi üçün burada gizlənir. Lakin buna baxmayaraq spartalılar çıxış yolu tapırlar. Onlar cəza olaraq Pausaniası məbədin divarına hörürlər.

Qədim Yunanıstanda Esxil dövrünə qədər bütün teatr bir şəxsə məxsus idi. Bir aktyor bütün rolları ifa edirdi. Esxil teatra ikinci, Sofokl isə üçüncü aktyoru gətirmişdi.

Makedoniyalı İskəndər çox yaraşıqlı idi. Lakin bütün işləri iki cəhət pozurdu: kiçik boy və başını sağa əyərək sanki uzağa baxmaq. Müasir okulistlər belə güman edirlər ki, o çox nadir patologiya olan “Braun sindromundan” əziyyət çəkirdi.

Orta əsrlərdə zadəganların evlərində çarpayılar mütləq olaraq dörd sütun ilə əhatə edilirdi. Bu sütunlar isə pərdələrlə örtülürdü. Məsələ ondadır ki, o dövrlərdəki pəncərələrdə şüşələr yox idi və otağın içərisində güclü cərəyanlar hökm sürürdü.

Avropada dəmir yolları relsləri qədim roma zamanından qalmış at arabaları əsasında salınmışdı. Roma at arabaları arasındakı məsafə isə standart idi.

XII əsrdə hökmranlıq etmiş Danimarka kralı Nils dünyada nə vaxtsa mövcud olmuş ən kiçik orduya sahib idi. Onun ordusu 7 nəfərdən – onun şəxsi köməkçilərindən ibarət idi. Nils bu ordu ilə 30 il Danimarkada hökmranlıq etmişdir. Bu zaman hətta Danimarkanın tərkibinə İsveç, Norveç və hətta Şimali Almaniyanın bəzi hissələri daxil idi.

Son xəbərlər
Digər xəbərlər