Tarixin inqilabçı bankiri – Che Guevara
- Che Guevara hələ uşaq yaşlarından astma xəstəliyindən əziyyət çəkirdi. Bu səbəbdən də natiqlik qabiliyyətindən məhrum idi və çətinliklə danışırdı.
- Che Guevaranın onu güllələməyə gələn serjant Mario Terrana dediyi son sözlər bundan ibarət idi: “Güllələ, qorxaq, sən sadəcə bir insanı öldürəcəksən!”
- “Che Guevaranın lənəti” haqqında əfsanə mövcuddur. Bu əfsanəyə əsasən məşhur komandantın aradan götürülməsində əli olan hər kəsin sonu heç də yaxşı olmamışdır.
- Ernesto Che Guevara güllələndiyi La Higuera adlı yer – “San Ernesto de la Higuera” müqəddəs hesab edilir.
- İspan dilində Che Guevara haqqında 10-larla mahnıya rast gəlmək mümkündür və bunlar sırasında Hasta Siempre Comandante, Zamba al Che, America, Te Habla Ernesto və eyniadlı Che Guevara-nı nümunə göstərmək mümkündür.
- İlk vaxtlarda Ernesto kitabxanaçı işləmiş, restoranlarda qab yumuş, kəndliləri və müxtəlif kənd təsərrüfatında istifadə edilən heyvanları sağaltmış, radioqəbulediciləri təmir etmiş, yük daşımış, dənizçi olmuş, fotolarla ticarət etmiş, qəzetlərə məqalələr yazmışdı.
- Yorğun xarici görkəminə görə “əsəbi” Braziliya polisi tərəfindən həbs olunmuş və yerli futbol komandasına məşqçilik etməsi vədi altında azadlığa buraxılmışdı. Futbol komandası isə astmalı həkim məşqçinin rəhbərliyi altında qələbə qazanır.
- Che Guevara hərbi xidmətdə olmayıb.
- Che heç kimə səsini yüksəltmirdi və kiməsə lağ etməyə yol vermirdi. Lakin bununla belə danışıqda çox vaxt söyüşlərdən istifadə edirdi.
- Che bütün pulla bağlı islahatlarda 3 kuba pesosunun üz hissəsində təsvir edilir.
- Che Guevara Milli Aqrar İslahat İnstitutu tərəfindən Kuba sənayeləşmə proqramının direktoru təyin edilmişdi. O bu vəzifədə Kuba Milli bankının prezidenti seçilənə qədər qalır və beləliklə Che Guevara 26 noyabr 1959-cu il tarixində Kuba Milli bankının prezidenti olur.