Həbs edilmiş iş adamı Samvel Karapetyana məxsus “Taşir qrup”un İrəvandakı ofisində axtarışlar aparılır.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd edək ki, Ermənistan parlamenti həbs edilmiş Samvel Karapetyana məxsus “Ermənistan Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsinə imkan verən qanun layihəsini bu gün birinci oxunuşda qəbul edib.
Xatırladaq ki, S.Karapetyan hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunaraq iyunun 18-də iki ay müddətinə həbs edilib.