21 C
Baku
Thursday, September 19, 2024

Tata Motors-un direktoru faciəvi şəkildə dünyasını dəyişdi

Financial Express-in verdiyi xəbərə görə, Hindistanın nəhəng avtomobil istehsalçısı olan Tata Motors-un baş direktoru Karl Slim Banqkokda dünyasını dəyişib.

Dəqiqləşdirilməmiş məlumatlara görə 51 yaşlı top menecer Banqkokda qaldığı otelin pəncərəsindən yıxılaraq ölmüşdür. Slim Taylanda həyat yoldaşı ilə şirkətin bir bölməsi ilə bağlı yığıncağa görə gəlmişdi. Tata Motors şirkəti isə öz növbəsində onun ailəsinə baş sağlığı vermişdir.

Karl Slim Tata Motors şirkətinə 2012-ci ilin oktyabr ayında gəlib. Bundan əvvəl isə o Toyota və General Motors şirkətlərində işləyib. Slim hind şirkətində daxili və xarici bazardakı əməliyyatlara cavabdeh idi.

Son xəbərlər
Digər xəbərlər