13 C
Baku
Friday, April 26, 2024

Tatar şirkətinin Azərbaycandakı törəməsi bağlanır

Baş ofisi Tatarıstan Resoublikasının (R.F) Əlmət şəhərində yerləşən “Kuper Limited Company” Azərbaycandakı törəmə şirkəti bağlanır.

Banker.az bu barədə məlumatı, Şirkətin elanına istinad edir.

Belə ki, Azərbaycanda məhdud məsuliyyətli cəmiyyət təşkilatı-formasında olan fəaliyyətinə xitam veriləcək.

Qeyd edək ki, şirkətin adı Tatar dilində “körpü” mənasını verir. Azərbaycanda şirkət kimi 2012-ci ilin noyabrında dövlət qeydiyyatına alınmışdı.

“Kuper” şirkəti neft yataqlarında kollektor təzyiqinin qorunub saxlanması sistemləri üçün nəzərdə tutulan nasos avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşmaqla yanaşı, neft-mədən xidmətlərini həyata keçirir.

Şirkətin istehsal etdiyi məhsullar Rusiya Federasiyası, Qazaxıstan, Belarus, Litva, Liviya və İndoneziyaya ixrac edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər