8 C
Baku
Monday, November 18, 2024

Tatarıstanın Kimya Klasteri Azərbaycanda sənaye parkı yaradır

“Ximqrad” texnopolisi Azərbaycanda hazır infrastruktura malik sənaye parkının yaradılmasını planlaşdırır.

Banker.az xəbər verir ki, bu barədə Tatarıstanın sənaye və ticarət nazirinin müavini Herman Lerner Qafqaza səfəri zamanı deyib.

O bildirib ki, həmçinin layihə vergi güzəştlərinin və imtiyazlarının tətbiqini nəzərdə tutur. Azərbaycan və Tatarıstan maşınqayırma, neft-qaz kimyası, enerji, tibb və digər sahələrdə əməkdaşlıq edir.

Xatırladaq ki, bu il iyunun 17-də Prezident İlham Əliyev və Rusiyanın Tatarıstan bölgəsinin rəisi Rüstəm Minnixanovun iştirakı ilə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Azərbaycan-Rusiya birgə müəssisəsi “Avto Lizinq Azərbaycan” MMC-nin açılışı olub. Birgə müəssisə işğaldan azad olunmuş ərazilərimizdə istifadə olunan 1 500-dək avtomobilə, həmçinin yüklərin daşınmasını həyata keçirəcək tranzit avtomobillərə və digər texnikalara peşəkar xidmət göstərəcək.

Qeyd edək ki, 2006-cı il avqustun 2-də “Tasma-Holdinq ASC-nin ərazisində “Ximqrad” Neft-Kimya Klasteri yaradılıb. Ximqrad” texnopolisi Kazanın şimal-qərbində yerləşən müasir sənaye parkıdır və ümumi sahəsi 131 hektardır.

Son xəbərlər
Digər xəbərlər