Rusiyanın Tatarıstan Respublikasının paytaxtı Kazan ilə Bakı arasında gündəlik aviareyslər açılır.
“Kazan” beynəlxalq aeroportunun mətbuat xidmətinə istinadla xəbər verir ki, iyunun 17-dən AZAL və “Buta Airways” şirkətləri Kazan-Bakı marşrutu ilə gündəlik reyslər həyata keçirəcəklər. Təyyarələr Kazandan 19:20-də yola düşəcək və Bakıya 22:50-də çatacaq. Kazana uçan təyyarə isə Bakıdan 16:40-da yola düşüb, 18:20-də Tatarıstan paytaxtının hava limanına enəcək.
©Azərtac