6 C
Baku
Monday, December 16, 2024

“Tatneft” Azərbaycanın köhnə yataqlarından birinin işlənməsini həyata keçirəcək

Rusiyanın “Tatneft” neft şirkəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birlikdə “Bibi-Heybət” yatağının işlənməsini həyata keçirəcək.

Bu barədə “Tatneft”in baş direktoru Nail Maqanov məlumat verib.

“Bu, köhnə yataqlardan biridir. SOCAR-dan olan həmkarlarımızla birlikdə bizdə olan texnologiyaları tətbiq edəcəyik”, – o, Almetyevskdə keçirilən Beynəlxalq Neft və Qaz Forumunda bildirib.

Onun sözlərinə görə, Tatarıstan və Azərbaycan şirkətləri Türkiyədə neft emalı zavodunun yenidən qurulması ilə birgə işləyirlər:

“Biz ənənəvi olaraq neft-kimya sahəsində yaxşı nəticələr əldə etmişik və azərbaycanlı həmkarlarımızla birlikdə bu mövzu üzərində işləyirik. Bundan başqa, biz digər üçüncü ölkələrdə də bu istiqamətdə işləyirik”.

Xatırladaq ki, 2024-cü ilin mayında SOCAR və “Tatneft” arasında əməkdaşlığa dair Yol Xəritəsi imzalanıb. Bu sənədlə şirkətlər arasında neft hasilatı, emalı, neft və neft-kimya məhsullarının satışı, təcrübə mübadiləsi, insan kapitalının inkişafı və digər sahələr üzrə əməkdaşlıq nəzərdə tutulur.

“Bibi-Heybət” yatağı Azərbaycanın ən qədim yataqlarından biridir və 100 ildən artıqdır ki, istismar olunur. Yatağın işlənməsinə 1871-ci ildə başlanılıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər