6 C
Baku
Sunday, December 15, 2024

“Tatneft”in Türkmənistandakı fəaliyyəti daha 8 il uzadılıb

Rusiyanın “Tatneft” şirkəti Türkmənistanın “Qoturdəpə” neft-qaz yatağında quyuların debitinin artırılması üzrə xidmətlərin yerinə yetirilməsi üçün “Türkmənneft” Dövlət Konserni ilə müqavilənin qüvvədə olma müddətini 8 il uzadacaq.

Müvafiq qərar Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov tərəfindən imzalanıb.

Qeyd edək ki, “Tatneft” SC-nin filialı 2011-ci ilin yanvar ayında Türkmənistanda qeydiyyata alınıb. Filialın əsas fəaliyyət sahəsi quyuların əsaslı təmirinin aparılması, lay təzyiqinin saxlanılması sisteminin təşkili, neftçıxarma obyektlərində avtomatlaşdırma sistemlərinin tətbiqidir.

2010-cu ildə “Tatneft” ilə “Türkmənneft” Dövlət Konserni arasında imzalanmış müqaviləyə əsasən, şirkət “Qoturdəpə” yatağında quyuların əsaslı təmiri və neft hasilatı üzrə xidmətlərin göstərilməsi üzrə işlər aparır.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər